Paytaxtın daha bir küçəsində mikromobillik zolağı bərpa edilir - FOTO - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası ilə bağlı da aidiyyəti üzrə müraciət edilib.
Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.
Qeyd edək ki, bu zolaq İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində təşkil edilmiş mikromobillik zolaqlarını Bülbül prospekti, Süleyman Ələsgərov küçəsi, Azadllıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki zolaqlarla əlaqələndirir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir













