Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın ləngiməsinin qarşısı alındı - VİDEO

Xəbərlər 15 Oktyabr 2024 10:30 Oxunub 348
Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın ləngiməsinin qarşısı alındı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının iki mərkəzi küçəsində yaranan qəza şəraiti və nəqliyyat ləngiməsi aradan qaldırılıb.

Avtosfer.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Nazim Hikmət və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində olan işıqforların iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib.

Eyni zamanda, Nazim Hikmət küçəsindən Mətbuat prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun yaşıl işığının müddəti 13 saniyə artırılıb. Əvvəllər isə Nazim Hikmət küçəsindən kəsişməyə daxil olan sürücülər burada bir qədər gözləməli olurdular. Edilən dəyişiklikdən sonra bu yolda hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunub və kəsişmədə yaranan nəqliyyat ləngiməsinin qarşısı alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh