Banner

Peyvənd əleyhinə olanlarla bağlı ƏCAİB TƏKLİF : “Yuxuda peyvəndlənsinlər”

Xəbərlər 12 Oktyabr 2021 16:13 Oxunub 708
Peyvənd əleyhinə olanlarla bağlı ƏCAİB TƏKLİF : “Yuxuda peyvəndlənsinlər”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Filippin prezidenti Rodriqo Duterte hesab edir ki, insanlar peyvənd olunmaq istəmirlərsə, yatarkən də COVID-19 əleyhinə peyvənd edilə bilərlər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Dutertenin fikrincə, problem peyvəndlənmək istəməyənlərlə bağlıdır.

“Onları kəndinizdə axtarın, yanlarına gedib yuxuda peyvənd vuracağıq. Əgər peyvənd olunmaq istəmirlərsə, gəlin evlərinə gedək və gecə iynə vuraq. Təşəbbüsə özüm rəhbərlik edəcəyəm”, - prezident vurğulayıb.

Eyni zamanda, siyasətçi, ölkə sakinlərinin bir çoxunun hələ də COVID-19 əleyhinə peyvənd edilməməsində dolayı yolla özünün günahkar ola biləcəyini etiraf edib. O qeyd edib ki, 2021-ci ilin əvvəlində peyvənd çatışmazlığında da günahkar özüdür.

Filippində əhalinin kütləvi peyvəndi 2021-ci il martın 1-dən başlayıb. Ölkədə 8 peyvənd təsdiqlənib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh