Pilot 241 nəfərin ölümünə səbəb olub - KİV

Amerikalı mütəxəssislər tərəfindən aparılan "Air India" aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan təhqiqat hələlik avadanlıqla bağlı hər hansı problem aşkar etməyib. Lakin ilkin təhqiqatlar pilot xətasına işarə edir.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
"Təyyarənin iki mühərrikinə yanacaq axınına nəzarət edən açarlar söndürülüb və bu, havaya qalxdıqdan qısa müddət sonra itələmə itkisinə səbəb olub", - məlumatda deyilir.
Daha əvvəl Hindistanın Mülki Aviasiya naziri Murlidhar Mohol bildirmişdi ki, Hindistanın Hava Qəzalarının Təhqiqatı Agentliyi "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzaya uğramasının mümkün səbəblərindən biri kimi təxribatı istisna etməyib .
İyunun 12-də "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə həkimlər üçün olan yataqxanaya düşüb.
"Air India", Əhmədabad yaxınlığında qəzaya uğrayan "Boeing 787 Dreamliner" təyyarəsində olan 241 nəfərin öldüyünü təsdiqləyib. Sağ qalan yeganə şəxs Hindistan əsilli Britaniya vətəndaşı olub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










