Banner

Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO

Xəbərlər 21 Fevral 2023 13:18 Oxunub 1122
Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları vəzifələrini tamamladıqdan sonra geri yola düşüblər. Ancaq onları təyyarədə sürpriz gözləyib.

"Haber Global"ın məlumatına görə, uçuşdan əvvəl pilot onların qarşısına çıxıb və “Sizin qarşınıza dünyanı da sərsələr, haqqınızı əsla verə bilmərik”, - deyə minnətdarlıq edib.

Pilotun sözləri xilasedicilər tərəfindən alqışlarla qarşılanıb.

İstanbul meri Əkrəm İmamoğlunun özünün sosial şəbəkə hesabından paylaşdığı kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və internetdə geniş yayılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh