Pirşağıda "ölüm yolu" ilə bağlı tədbir görüləcək - RƏSMİ - VİDEO

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində çəkilmiş görüntülər sosial şəbəkədə böyük müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, kadrlarda fiziki məhdudiyyətli bir şəxsin əlil arabasında yolu keçməkdə çətinlik çəkməsi əks olunub.
Məlumata görə, həmin ərazidə pandusların olmaması və yol infrastrukturunun əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmaması onların gündəlik həyatını xeyli çətinləşdirib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə Pirşağı qəsəbəsində fiziki məhdudiyyətli şəxsin əlil arabasında piyadalar üçün nəzərdə tutulmuş səkidə təmir işləri getdiyi üçün yolun hərəkət hissəsində getməsi barədə yayılan video görüntülər araşdırılıb:
"Məlumat üçün nəzərinizə çatdırırıq ki, qeyd olunan ərazidə hal-hazırda "Bakı Abadlıq Xidməti" MMC tərəfindən təmir-bərpa işləri həyata keçirilir. Sözügedən Cəmiyyətlə əlaqə saxlanılmış və həmin küçədə təmir-bərpa işləri yekunlaşdıqdan sonra səkidə asfalt örtüyünün bərpa olunacağı bildirilib".(BAKU.WS)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











