Banner

“Poçt göndərişləri” gömrük postunda dərman preparatları aşkar edildi - FOTO - VİDEO

Xəbərlər 21 Aprel 2022 16:22 Oxunub 1048
“Poçt göndərişləri” gömrük postunda dərman preparatları aşkar edildi   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyənin Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub. Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh