Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











