Banner

Polis əməliyyat keçirdi: 100 nəfər saxlanıldı - VİDEO

Xəbərlər 19 Oktyabr 2023 14:50
Polis əməliyyat keçirdi: 100 nəfər saxlanıldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib. 

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. 

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

 

Oxunub 730
ŞƏRH YAZ
Ad

E-mail

Şərh