Banner

Polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarladı - VİDEO

Xəbərlər 2 Sentyabr 2025 09:11 Oxunub 324
Polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar. 

Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh