Banner

Polis saçyolduya çıxan qadınlarla bağlı tədbir görüb - VİDEO

Xəbərlər 20 İyul 2023 15:49 Oxunub 1002
Polis saçyolduya çıxan qadınlarla bağlı tədbir görüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə qadınların bir-biri ilə davalarını əks etdirən videolar yayılıb.

Avtosfer.az xəbər verir ki, Bakıda çəkildiyi iddia edilən iki fərqli görüntüdən aydın olur ki, qadınlardan biri digərinə ciddi xəsarətlər yetirir.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən insidentdə tərəflərin şəxsiyyətləri artıq polis əməkdaşları tərəfindən müəyyən edilib.

Hadisə iştirakçısı olan qadınlar barəsində ərazi üzrə polis bölməsində qanunla nəzərdə tutulan qaydada müvafiq tədbir görülüb.

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik: 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh