Banner

Polis Şirvanda gənclərlə maarifləndirici görüş KEÇİRDİ - FOTO

Xəbərlər 3 May 2024 16:48
Polis Şirvanda gənclərlə maarifləndirici görüş KEÇİRDİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 12 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil şöbəsinin nümayəndələri, ŞPŞ-nin əməkdaşları, pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.


Görüşün əvvəlində qonaqlar məktəbin həyətində COP29-la bağlı "yaşıl sinif" çərçivəsində keçirilən dərslərlə tanış olublar.


Akt zalında davam edən tədbirdə çıxış edən ŞPŞ-nin rəisi , polis polkovniki Fizuli Əhmədov şagirdlərə narkotik vasitələrin zərərlərindən danışıb. O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.


Daha sonra çıxış edən digər iştirakçılar və təhsil ocağının rəhbərliyi keçirilən tədbirin mahiyyətindən danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər və təşkilatçılığa görə şöbə əməkdaşlarına təşəkkürlərini bildiriblər.


Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Oxunub 562
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh