Banner

Polis sosial yardım "düzəldən" dələduzu saxladı - VİDEO

Xəbərlər 3 Aprel 2024 14:09
Polis sosial yardım "düzəldən" dələduzu saxladı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Xöşbəxt Quliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxs zərərçəkənləri müxtəlif dövlət qurumlarında işlə təmin etmək, sosial yardım düzəltmək və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib.

X.Quliyev dələduzluq etdiyi şəxslərə özünü “Tuncay” adı ilə təqdim edib. Məhkəmənin qərarı ilə X.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

Oxunub 736
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh