Banner

Yol polisindən çimərliyə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

Xəbərlər 31 İyul 2022 22:40 Oxunub 2180
Yol polisindən çimərliyə gedənlərə XƏBƏRDARLIQ    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yay mövsümü ilə əlaqədər Sabunçu rayonu ərazisindən keçərək çimərliklərə üz tutanların sayı artıb. Elə bu məqsədlə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin yollarda reydlər keçirib.

Reydin məqsədi xüsusilə dəniz mövsümü ilə əlaqədər çimərliklər istiqamətindəki yollarda sürücülərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yolda hərəkətin intensiv olmasına şərait yaratmaqdan ibarətdir.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin baş inspektoru Araz Əsgərli qeyd edib ki, yol hərəkəti iştirakçıları məsuliyyətli olmalıdırlar. 
O da bildirib ki, xüsusilə mövsüm boyunca polis bu reydləri davam etdirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh