![Bu avtomobillərin də taksi fəaliyyətinə icazə veriləcək – SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - VİDEO](/upload/news/small/4253402.png)
Polisdən ƏMƏLİYYAT: 216 kilo narkotik ələ keçirildi
Xəbərlər
1 İyul 2024 12:38
Oxunub 170
![Polisdən ƏMƏLİYYAT: 216 kilo narkotik ələ keçirildi](/upload/news/1513322.jpg)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da və 30-da ümumi çəkisi 216 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 210,1 kiloqramdan çox marixuana , 2,5 kiloqramdan artıq heroin, 1,6 kiloqramdan çox metamfetamin, 1,8 kiloqrama yaxın həşiş, həmçinin 1365 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 474 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
ŞƏRH YAZ