Banner

Polisdən ƏMƏLİYYAT: Həbs edilənlər var - FOTO

Xəbərlər 4 Fevral 2025 10:23 Oxunub 362
Polisdən ƏMƏLİYYAT:  Həbs edilənlər var  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.

Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh