Banner

Polisə yalan məlumat verən taksi sürücüsü saxlanıldı - VİDEO

Xəbərlər 4 Yanvar 2026 17:12 Oxunub 1796
Polisə yalan məlumat verən taksi sürücüsü saxlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, onun sözlərinə görə, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh