Polisin cinayətkarı zərərsizləşdirdiyi əməliyyatdan ANBAAN GÖRÜNTÜLƏR - VİDEO

Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edən şəxsin zərərsizləşdirilməsi ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, videonu qonşulardan biri hadisə yerində telefonla çəkib. Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər. Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.
Xatırladaq ki, hadisə saat 21 radələrində Abay Kunanbayev küçəsində baş verib. İlkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrində evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra isə mənzilə daxil olublar. Silahlı şəxs ev sahibinin başına silah dayayaraq 30 milyon dollar tələb edib.
Evdə baş verənləri kameradan izləyən ailə üzvlərindən biri polisə zəng edib və əraziyə dərhal polis qüvəlləri cəlb olunub.
Müəyyən edilib ki, cinayət əməlini əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib. Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











