Prezident Bernard Kaminetskini qəbul etdi - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Avtosfer.az xəbər verir ki, qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırladılar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür etdilər.
Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını dedilər və qeyd etdilər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.
Maykl Tuçin və Bernard Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Dövlətimizin başçısı da öz növbəsində qeyd etdi ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.
Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı
***
12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









