Prezident: “Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”

Xəbərlər 24 Oktyabr 2020 12:50 Oxunub 862
Prezident: “Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

 

“Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizi hərbi avadanlıqla ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz, həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq”.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu məlumatları Fransanın “Le Figaro” qəzetinə müsahibəsində açıqlayıb.

“Əlbəttə ki, bizim bu gün ordumuza ərazi bütövlüyümüzü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bizim ərazi bütövlüyümüz öz tərəfimizdən bərpa olunur. Təbii ki, bizim regionda istənilən ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbi avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh