Banner

Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir - YENİLƏNİB

Xəbərlər 27 Dekabr 2024 14:53 Oxunub 126
Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, çoxlu sayda insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ürəkağrıdan hadisə ilə əlaqədar kədər və hüznümü bölüşür, Sizə və Azərbaycan xalqına, həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Uca Allahdan mərhumların ruhuna rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.

Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm".

***

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.

Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm".

*** 

Nikaraquanın Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyoda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Avtosfer.az xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri, Qardaşımız İlham Əliyev.

Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.

Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh