Banner

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Xəbərlər 23 Dekabr 2025 16:48 Oxunub 234
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Zati-alinizin doğum günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".

***14:53

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq.

Uzaqgörən liderliyiniz, Azərbaycanın inkişafına sarsılmaz sadiqliyiniz və beynəlxalq arenada prinsipial mövqeyiniz dünyada Sizə dərin hörmət və rəğbət qazandırıb. Sizin rəhbərliyinizlə Azərbaycan suverenliyini möhkəmləndirib, inklüziv iqtisadi artımı təmin edib, dialoq, çoxtərəfli əməkdaşlıq və regional əlaqələrin təşviqində etibarlı tərəfdaş kimi tanınıb.

Sülhə, sabitliyə və davamlı inkişafa sadiqliyinizi, eləcə də Azərbaycanın qlobal gündəmlərə, xüsusən də enerji keçidi, iqlim tədbirlərinə və mədəniyyətlərarası dialoqa verdiyi konstruktiv töhfələri yüksək qiymətləndiririk. Bu işlər Nizami Gəncəvinin humanizmi və müdrikliyindən ilhamlanan Mərkəzimizin missiyası ilə tam şəkildə uyğundur.

Bu əlamətdar gündə Sizə cansağlığı, davamlı uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan xalqına xidmət etməyə, qlobal sülhə və əməkdaşlığa töhfə verməyə davam edəcəyiniz qarşıdakı illərdə Sizə güc-qüvvət, tükənməz enerji diləyirik.

2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumunda Sizinlə görüşməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Mariya Fernanda Espinoza

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri

Tarya Halonen

2000-2012-ci illərdə Finlandiyanın Prezidenti

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti

Rosen Plevneliyev

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

İv Leterme

2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

Tzipi Livni

2006-2009-cu illərdə İsrailin xarici işlər naziri

Jan Baderşneyder

"Fortescue Ltd" şirkətinin Direktorlar Şurasının üzvü,

"ExxonMobil" şirkətinin sabiq vitse-prezidenti

Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

David Pan

Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı

Suzan Elliot

Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və

baş icraçı direktoru".

***

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.

Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin "Yedinaya Rossiya" Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram".

***12:11

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.

Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.

Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.

Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.

Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh