Prezident İrəvandakı tədbirdə onlayn çıxış edir - FOTO - YENİLƏNİB

Xəbərlər 4 May 2026 12:26
Prezident İrəvandakı tədbirdə onlayn çıxış edir - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edir.

***09:46

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.

Avtosfer.az-ın məlumatına görə, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.

Xatırladaq ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammiti Azərbaycanda keçiriləcək.

Prezident İrəvandakı tədbirdə onlayn çıxış edir - FOTO (YENİLƏNİB)

Prezident İrəvandakı tədbirdə onlayn çıxış edir - FOTO (YENİLƏNİB)

Oxunub : 326
ŞƏRH YAZ
Ad

E-mail

Şərh