Banner

Prezident iş adamlarına çağırış etdi - VİDEO

Xəbərlər 14 Fevral 2022 22:30 Oxunub 1622
Prezident iş adamlarına çağırış etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bunu Prezident İlham Əliyev dünən Ağdama səfəri zamanı deyib.  Qeyd edib ki,  "beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır.". Dövlət başçısı Ermənistanın Azərbaycan ərazilərində törətdiyi misli görünməmiş dağıntılara da  diqqət çəkib. Prezident və Birinci Xanımın Ağdam, eləcə də Ağcabədi rayonlarına səfəri bir sıra açılış, təməlqoyma mərasimləri ilə müşayət olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində ilk olaraq "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" regional elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Daha sonra dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə Məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Dövlət başçısı buradakı çıxışında sahibkarlara müraciət edərək onları işğaldan azad edilən torpaqlara sərmayə qoymağa çağırıb. Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarda infrastrukturla yanaşı Ermənistanın məhv etdiyi maddi-mənəvi mədəniyyət abidələrinin də yenidən inşa ediləcəyini və bu işlərin artıq davam etdiyini bildirib. Dövlət başçısı Ermənistanla imzalanması gözlənilən sülh müqaviləsi haqqında da danışıb. Prezident bildirib ki, bu müqavilə beynəlxalq hüquq qaydalarına uyğun olaraq imzalanmalıdır… Ardınca dövlət başçısı 210 çarpayılıq Ağdam rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar. Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva daha sonra Ağcabədi rayonuna səfər ediblər. Dövlət başçısı və Birinci xanım xalqımızın Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, "Ağcabədi Taxıl Aqropark"da yaradılan şəraitlə tanış olublar. Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq "Ağcabədi" yarımstansiyasının açılışını edib. Dövlət başçısı və Birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər. Prezident İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyevaya Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh