Prezident MDB ilə imzalanmış sazişi TƏSDİQLƏDİ
Xəbərlər
15 Oktyabr 2025 13:18
Oxunub 286

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş təsdiqlənib.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, saziş Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanıb.
ŞƏRH YAZ














