Prezident ona “İstiqlal” ordeni verdi

Xəbərlər 17 Fevral 2021 22:13 Oxunub 2124
Prezident ona “İstiqlal” ordeni verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh