Prezidentlə xanımı Gürcüstana getdi - YENİLƏNİB

Xəbərlər 6 Aprel 2026 11:03
Prezidentlə xanımı Gürcüstana getdi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət ediblər.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

***10:56

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Avtosfer.az xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

***10:18

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana dövlət səfərinə gedib.

Avtosfer.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh