Priqojinin ikinci təyyarəsi Bakıya uçub? - İDDİA - VİDEO

Yevgeni Priqojinə aid olan ikinci “Embraer 600” biznes-jeti Ostafyevo dünən hava limanına enib.
Avtosfer.az xəbər verir ki, bu barədə Flightradar24 xidmətində deyilir.
Mənbə qeyd edir ki, avqustun 23-də günorta layner Moskvadan Sankt-Peterburqa uçub, sonra geri qayıdıb.
İddia edilir ki, təyyarə bir müddət sonra Moskvadan Bakıya uçub. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Priqojinin digər təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. Yerdə 8 nəfərin cəsədi tapılıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ölən sərnişinlərinin siyahısını dərc edib:
Sergey Poopustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Dmitri Utkin, Nikolay Matuseev, Yevgeni Priqojin
Ekipaj üzvləri: Aleksey Levşin - komandir, Rüstəm Kərimov - ikinci pilot, Kristina Raspopova - stüardessa.
Əl-Cəzirə telekanalı mənbəyə istinadən xəbər verir ki, Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdəki cəsədlərdən birinin yanında Priqojinin telefonu tapılıb, lakin onun cəsədi hələlik müəyyən edilməyib.
Bu gün səhər saatlarında isə həlak olanların cəsədləri müayinə olunmaq üçün morqa aparılıb.
Bizim.Media













