Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb.
Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023-2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb.
Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub.
Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı təmiri və abadlıq işlərində də yüz minlərlə manat artıq vəsait ödənildiyi bildirilib.
Hesablama Palatası qeyd edib ki, artıq ödənilmiş vəsaitlərin bir hissəsi dövlət büdcəsinə qaytarılıb, bəzi hallar üzrə isə məhkəmə prosesi davam edir.
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam
İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ










