Pul ayrılıb, amma yol çəkilməyib - Daşkəsən sakinləri yolsuzluqdan çətinlik çəkirlər VİDEO
Xəbərlər
6 İyul 2021 21:14
Oxunub 1532

Yolun olmaması sakinlərə problemlər yaradır
Daşkəsənin Çıraqlı kəndinin sakinləri yol probleminə görə çətinlik çəkirlər.
Çıraqlı kəndinə getmək üçün yalnız bəzi avtomillərdən istifadə edilir.
Kənd yolu bərbat vəziyyətdə olduğundan hər maşınla bu kəndə gedib-gəlmək mümkün olmur.
Yolun olmaması sakinlərə problemlər yaradır.
Problemə münasibət bildirən kənd icra nümayəndəsi Ramiz İsmayılov yolun bir neçə dəfə daxili imkanlar hesabına hamarlandığını bildirib.
Ramiz İsmayılov, sakinlərin onu tapa bilməməklə bağlı şikayətlərini əsassız hesab edib.
2012-ci ildə ayrılmış dövlət vəsaiti hesabına kəndə yol çəkilişinin niyə başa çatdırılmaması məsələsinə isə aydınlıq gətirən olmayıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













