Banner

Putin İsrail və Fələstin liderləri ilə danışıdı - YENİLƏNİB

Xəbərlər 16 Oktyabr 2023 19:08
Putin İsrail və Fələstin liderləri ilə danışıdı  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Putin İsrail-HAMAS müharibəsi başlayandan bəri ilk dəfə Netanyahu ilə telefonla danışıb.

Telefon danışığı zamanı İsraildəki mövcud vəziyyət və Qəzzadakı humanitar böhran müzakirə olunub.

Rusiya prezidenti Netanyahudan sonra Fələstin Prezidenti Mahmud Abbasla da telefonla danışıb. WAFA agentliyinin məlumatına görə, Mahmud Abbas Putinlə söhbətində Rusiyanın Fələstin xalqının hüquqlarına verdiyi dəstəyi yüksək qiymətləndirib.(apa)

***

Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparacaq

Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

V.Putinin köməkçisi bildirib ki, Rusiya lideri Fələstin-İsrail arasında yaşanan eskalasiyasını diqqətlə izləyir.

“Kreml Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi kontekstində dərhal atəşkəsə və siyasi nizamlanma prosesinə başlamağa çağırır”, - deyə Yuri Uşakov əlavə edib. (oxu.az)

Oxunub 900
ŞƏRH YAZ
Ad

E-mail

Şərh