Qaçmağa yer tapmayanda silahı özünə tuşladı  - VİDEO

Xəbərlər 2 Aprel 2021 12:05 Oxunub 768
Qaçmağa yer tapmayanda silahı özünə tuşladı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Dənizli şəhərində polislər tərəfindən təqib edilən gənc qaçmağa yer tapmadığını görəndə silahı özünə tuşlayıb.

“Haber Global” bununla bağlı kadrlar paylaşıb.

Məlumata görə, sakinlər bir kişinin əlində tüfənglə küçədə getdiyini görəndən sonra bu barədə polisə xəbər verib. Hadisə yerinə hüquq mühazafizəçiləri cəlb olunub. Bunu görən 20 yaşlı Muhammed E. əlindəki silahı əvvəlcə polislərə tərəf çevirib. Ancaq mühasirəyə alındığını gördükdə silahı öz sinəsinə dayayıb.

Polislərin onu fikrindən döndərməsi üçün iki saatlıq danışığı bir nəticə verməyib, gənc hüquq mühafizəçilərinin geri çəkilməsini tələb edib. Bundan sonra o, hadisə yerindən uzaqlaşmağa çalışıb, ancaq bir neçə küçə sonra saxlanılıb.

Məlum olub ki, Muhammed E. bir neçə ay əvvəl də bıçaqla özünə qəsd etmək istəyib. Gəncin ailəvi problemləri olduğu, bu səbəbdən də intihara cəhd etdiyi bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh