Banner

Qadın taksidə itirdiyi zinət əşyalarını bələdiyyədə “tapdı” - VİDEO

Xəbərlər 10 Fevral 2024 12:40 Oxunub 658
Qadın taksidə itirdiyi zinət əşyalarını bələdiyyədə “tapdı”  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Niğdə şəhərində orta yaşlı qadın ümumilikdə bir milyon türk lirəsi (təxminən 56 min manat) dəyərində pul və qızıl-zinət əşyalarını itirib.

Hadisədən qısa müddət sonra qadına şəhər bələdiyyəsindən zəng gəlib və ondan inzibati binaya yaxınlaşması istənilib.

Məlum olub ki, qadın pul və zinət əşyalarının olduğu çantasını taksidə unudub. Sürücü isə çantanı yaxınlıqda yerləşən bələdiyyəyə təhvil verib. Öz növbəsində bələdiyyə sədri çantanı qadına təhvil verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh