Qafqaz dağlarında qar uçqunu TƏHLÜKƏSİ ARTDI - Sinoptikdən XƏBƏRDARLIQ

Qafqaz ərazilərində və Rusiyanın cənubunda yaxın günlərdə qar uçqunu təhlükəsi olacaq.
Avtosfer.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand məlumat verib.
Onun sözlərinə görə, riskə səbəb yağan yağıntılardır.
"Şimali Qafqazın bütün ərazilərində qar uçqunu təhlükəsi böyükdür, çünki bundan əvvəl sulu qar yağıb. Krasnodar diyarında da 1 000 metrdən başlayan yüksəkliklərdə qar uçqunu təhlükəsi var", - deyə o bildirib.
Bundan əvvəl Vilfand bildirmişdi ki, mart ayının əvvəlində Rusiyanın bir çox ərazilərində temperatur normadan 7-13 dərəcə aşağı düşəcək, güclü şaxtalar gözlənilir. Sinoptikin sözlərinə görə, temperaturun enməsi ölkənin cənub, Ural, Sibir və uzaq şərq bölgələrində müşahidə ediləcək.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











