Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü - VİDEO

Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrində Qala qəsəbəsində yaşayan Sevinc Cəfərova adlı qadının qətlə yetirilməsi barədə məlumat daxil olub.
Hadisə Xaşaxuna bağlar massivində, nömrəsiz fərdi evdə baş verib.
İstintaqla müəyyən edilib ki, fevralın 23-də səhər saat 9-da Samir Sadıqov yaxın münasibətində olduğu Sevinc Cəfərovanı mətbəxdən götürdüyü bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
İş üzrə dindirilmiş Samir Sadıqov bildirib ki, 2022-ci il fevralın 1-dən Qala qəsəbəsinin bağlar massivində Anar adlı şəxsə məxsus fermada aylıq 300 manat müqabilində işləməyə başlayıb. Həmin həyətdə olan daha bir tikilidə iki övladı ilə qalan Sevinc Cəfərova ilə yaxın münasibəti yaranıb.
Tanışlıqlarının 3-cü günündə Sevincin qaldığı otaqda onunla münasibətdə olub. Bundan sonra Sevinc Samiri 2-3 gündən bir yanına çağırıb. Hətta evlənmək barədə düşünüblər. Bu müddətdə aralarında, ümumiyyətlə, mübahisə olmayıb.
Fevralın 23-də səhər Sevinc heyvanları sağıb, evinə gəlib. Birlikdə yemək yeməyə hazırlaşıblar. Bu vaxt Samir Sevincdən qızmağa su qoyub, paltarlarını yumasını tələb edəndə qadın, acıqlı şəkildə - “Mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan”, - deyib. Samir Sevincin nalayiq ifadəsindən çox qəzəblənib və iradını bildirib, niyə atasını söydüyünü soruşub. Qadın “yaxşı elədiyini” deyəndən sonra mətbəxdən götürdüyü bıçaqla Sevinc Cəfərovaya 64 dəfə zərbə endirib.
Bıçaq zərbələrindən sonra Sevinc hadisə yerində keçinib.
Tutulacağından qorxan Samir taksi ilə Bərdə rayonuna gedib. O, burada həbs olunmaqdan bir qədər yayınmağa çalışsa da, sonda polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Məhkəmə iclasında Samir Sadıqov ittiham üzrə özünü təqsirli bilib. Onun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Samir Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











