Qala sakinləri bərbad yoldan şikayət edirlər - VİDEO

Xəzər rayonu, Qala qəsəbəsinin sakinləri yararsız yolların vəziyyətindən narahatdırlar.
Qala stansiyası, “Hərbi mühafizə dəstəsi” adlanan küçədə yaranan gölməçələr həm piyadalara, həm də sürücülərə çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, küçədən keçmək üçün ya həyətlərin hasarlarından, ya da qaz borusundan tutmaq məcburiyyətində qalırlar.
“Uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Həkimə xəstə aparıb-gətirməli oluruq. Gölməçələr rahat hərəkət etməyə imkan vermir. Müraciət etmişik, amma heç kim maraqlanmır”, - deyə şikayətçilər narazılıq bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi qurumun balansında deyil.
Xəzər Rayon İcra Hakimiyyətinə isə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qurumdan məsələyə münasibət bildirilməyib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











