![Avtomobil yük maşınına çırpıldı: polis zabiti və anası öldü, atası və arvadı isə yaralandı - FOTO](/upload/news/small/1471436.jpeg)
Qara maska geyinərək ödəmə terminalını talayan şəxs saxlanıldı - FOTO - VİDEO
Xəbərlər
19 İyul 2024 15:45
Oxunub 166
![Qara maska geyinərək ödəmə terminalını talayan şəxs saxlanıldı - FOTO - VİDEO](/upload/news/4933756.png)
Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törədən əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü Turxan Mustafayev saxlanılıb.
Onun cinayət əməli ətrafda olan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR