Qarabağa yaşamağa qayıdacaqlar üçün MÜHÜM XƏBƏR - Sakinlərə ismarıc göndərəcək - VİDEO

Gənc mütəxəssislərimiz ''Safe Karabakh'' adlı yeni mobil tətbiq hazırlayırlar. Bu tətbiq 30 ildən sonra öz doğma yurd-yuvalarına köç edən vətəndaşlarımızın təhlükəsizliyi üçün çox vacibdir. Deməli mobil tətbiq minalı ərazilərə yaxınlaşan zaman sakinlərə ismarıc göndərəcək. Üstəlik internetin olması da şərt deyil. Oflayn rejimdə belə bu məlumatlar sakinlərə göndərilə biləcək.
İşğaldan azad edilən ərazilərdə yaşayan, eləcə də həmin bölgələrə qayıdan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeni mobil tətbiq yaradılır. Tətbiq vasitəsilə minalı ərazilərə yaxınlaşarkən sakinlərə xəbərdarlıq ismarışı göndəriləcək.
Mobil əlavə Elektron Hökümətin İnkişafı Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanır. ''Safe Karabakh'' adlı tətbiqi həm android, həm də ios əməliyyat sistemi vasitəsilə smartfonlara yükləmək olacaq. Layihəni hazırlayan komandanın üzvlərindən olan Qasım Hüseynov deyir ki, əsas məqsəd 30 ildən sonra öz doğma yurdlarına köç edənlərin təhlükəsizliyini maksimum təmin etməkdir. Sistemə minadan təmizlənən ərazilər əlavə ediləcək.
Mobil tətbiq həm onlayn, həm də oflayn rejimdə işləyəcək. İnsanların hərəkət sürətindən asılı olaraq təhlükəli əraziyə yaxınlaşarkən anında onlara məlumat göndəriləcək. Üstəlik tətbiqin başqa imkanları da olacaq və aidiyyəti dövlət qurumlarının məlumat mərkəzi ilə inteqrasiyalı işləyəcək
Layihə ilkin olaraq Zəngilan rayonunun Ağalı kəndində icra ediləcək. Bununla yanaşı ərazilər minalardan təmizləndikcə, tətbiq yenilənəcək
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











