Banner

Qaradağda əməliyyat: Narkotik satan şəxs tutuldu - FOTO - VİDEO

Xəbərlər 6 Avqust 2025 10:53 Oxunub 336
Qaradağda əməliyyat: Narkotik satan şəxs tutuldu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh