Qaradağda ictimai nəqliyyat problemi: Avtobuslar yaşayış massivinə daxil ola bilmirlər - VİDEO

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 6-cı yaşayış massivində yaşayan sakinlər ictimai nəqliyyatdan istifadə etməkdə çətinlik çəkirlər.
Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə yalnız 111 nömrəli marşrut xətti fəaliyyət göstərir.
Lakin həmin xəttin son dayanacağı massivdən təxminən 1 kilometr aralıda yerləşdiyinə görə, insanlar avtobusa minmək üçün uzun məsafəni piyada getməyə məcbur olurlar. Şəxsi avtomobili olmayan sakinlər üçün bu vəziyyət daha ciddi narazılıq yaradır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qəsəbəyə dəfələrlə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, massivdə yolların ensiz olması və son dayanacaq üçün meydança ayrılmaması ictimai nəqliyyatın həmin əraziyə daxil olmasına imkan vermir.
Qeyd edilib ki, avtobusların təhlükəsiz hərəkəti və manevr edə bilməsi üçün yolların sonunda diametri azı 30 metr olan dönmə meydançaları təşkil edilməlidir. Hazırda isə belə şərait olmadığından marşrut xətti massivə daxil ola bilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










