Qaradağın icra başçısı özündən böyük qardaşını döydü — SENSASİYA
Qaradağın icra başçısının özündən böyük qardaşını döyməsi iddiası ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Avtosfer.az "Azinforum.az" saytına istinadla jurnalistin fikirlərini təqdim edir:
“Sizə söz verdiyim kimi, növbəti icra başçısının qardaşı ilə görüşdüm. Təəssüf ki, mənə deyəcəyi sözlər barədə təfsilatlı məlumat ala bilmədim. Amma söz verdi ki, sabaha əlində olan səs yazılarını və ifşaedici bəzi sənədləri mənə təqdim edəcək. Mən də indi onu gözləyirəm.
Dünənə qədər həmin icra başçısının və qardaşının adını gizli tuturdum. Hesab edirəm ki, artıq bu gizliliyi uzatmağa ehtiyac yoxdur. Söhbət Qaradağ icra başçısı, Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılovdan gedir. Süleyman müəllimin qardaşının adı isə Bağırdır.
Bağır Mikayılov icra başçısının böyük qardaşıdır. Aralarında özünün dediyinə görə, 3 il 8 ay yaş fərqi var. 61 yaşlı Bağır Mikayılovu qardaşının əleyhinə danışmağa vadar edən isə Süleyman Mikayılovun özünü icra başçısına layiq aparmamasıdır. Şikayətçinin iddiasına görə, Süleyman Mikayılov onu əməlli-başlı döyüb. Sonradan sözlərini dəyişərək ona əl qaldırdığını desə də, Bağır Mikayılovun ifadələrindən bunun elə-belə əl qaldırmaq olmadığı anlaşılırdı.
Süleyman Mikayılovun Azərbaycan Boks Federasiyasının vitse-prezidenti olduğunu, koronavirus karantini ucbatından bütün məşq yerlərinin bağlandığını nəzərə alsaq, onun qardaşını niyə döyməsinin əsl səbəbini anlamaq olar. Görünür, cənab icra başçısı döyməyə boksçu tapa bilmədiyindən yumruğunun qaşıntısını abisi üzərində yatırdıb.
Ümidvarıq ki, Bağır Mikayılov hadisənin təfsilatını və icra başçısının digər qanunsuz fəaliyyəti ilə əlaqədar bizə təfsilatlı məlumat verəcək”.