Qarajlar yolu bərbad vəziyyətə salıb: "Ustaların səs-küyündən gecələr yata bilmirik" - VİDEO

Bakının Xətai rayonu, Babək prospektində Rezervarlar adlanan küçədə qarajlar sakinlərə problem yaradıb. Bu azmış kimi ərazidə illərlə park edilmiş sahibsiz bilinməyən avtomobillər var. Üstəlik yol da bərbad vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, sakinlər Atv-yə bildirdiyinə görə, qarajların yolu daraltması bir dərd, ustaların səs-küyündən gecə-gündüzlərinin olmaması isə başqa dərddir.
Sakinlərin şikayətləri maşın ustalarının diqqətinə çatdırılsa da, and-aman ediblər ki, gecələr burda səs olmur. Qarajlarınyolu bağlamasına gəlincə isə qeyd ediblər ki, bu sakinlərin istifadə etdiyi əsas yol yox, alternativ yoldur.
Məlumata görə, obyektlər ayrı-ayrı şəxslər tərəfindən icarəyə verilib.
Ərazi ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazinin yaxın vaxtlarda abalaşdırılması nəzərdə tutulur.
Daha ətraflı süjetdə:
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











