Qaraməryəm-Şəki yolunun Oğuz-Şəki hissəsi yenidən qurulur - VİDEO - FOTO

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 2186 №-li sərəncamına əsasən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması işləri 2022-ci ilin oktyabr ayında başa çatıb.
Ümumi uzunluğu 47,2 km olan avtomobil yolunun 7,5 km hissəsi I, 26,1 km hissəsi II və 13,6 km hissəsi III texniki dərəcəlidir.
Avtomobil yolunun əsas göstəriciləri:
Yolun ümumi uzunluğu – 47.2 km;
Texniki dərəcəsi I – 7,5 km; II – 26,1 km; III – 13,6 km;
Torpaq yatağının orta eni I – 29 m; II – 15 m; III – 12m;
Hərəkət hissəsinin orta eni I – 22.6 m; II – 9 m; III – 7 m;
Hərəkət zolaqlarının sayı I – 4-6 ədəd; II və III – 2 ədəd;
Hərəkət zolağının orta eni I – 3,5 m; II – 3,75 m; III – 3,5 m.
Yol geyiminin konstruksiyası:
Əsasın əlavə layı (Qum-çınqıl qarışığı) - 24 sm;
Əsasın alt layı (Optimal tərkibli qırmadaş qarışığı) - 16 sm;
Əsasın üst layı (Bitumla emal edilmiş qırmadaş) - 14 sm;
Asfalt-beton örtük, 3 laydan ibarət (8+7+5) - 20 sm.
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
Qum-çınqıl qarışığı - 321,1 min m3;
Optimal qırmadaş qarışığı - 177,9 min m3;
Bitumla emal olunmuş qırmadaş - 54,4 min ton;
Asfalt-beton qarışığı - 290,3 min ton;
Zəyzid çayı üzərində yeni körpü , uzunluğu - 22,0 metr;
Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları
üzərindəki körpülərin təmiri, uzunluğu - 630 m;
Düzbucaq tipli 2 ədəd suötürücü boru - 60,0 m;
Dairə tipli suötürücü borular , 144 ədəd - 586 m;
Su axıdıcı kanallar - 11,6 km;
Əyrixətli tirlər quraşdırılıb - 12,2 km;
Avtodayanacaq - 7 ədəd;
Müxtəlif yol nişanları - 408 ədəd;
Bütöv və qırıq-qırıq sarı və ağ xətlər - 165,4 km;
Siqnal dirəkləri - 1731 ədəd.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “17 №-li Yol İstismarı” MMC yerinə yetirib.
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA

































