Banner

Qaranlığa qərq olan Bakı-Sumqayıt yolu - RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Xəbərlər 30 Yanvar 2024 18:16 Oxunub 1138
Qaranlığa qərq olan Bakı-Sumqayıt yolu - RƏSMİ AÇIQLAMA   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunun Masazır dairəsindən keçən hissəsində bir istiqamətdə işıqlandırma yoxdur.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, işıqlandırmanın olmamasına səbəb həmin ərazidə qəza baş verməsi olub:

“Qəza səbəbindən yaranan texniki problemin qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İddia edilən kimi hər gün axşam saat 20:00-dan sonra yolun sözügedən hissəsində işıqlandırmanın olmaması həqiqəti əks etdirmir”.

***

Hər axşam Bakı-Sumqayıt yolu qaranlığa qərq olur.

Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hər gün axşam saat 20:00-dan sonra sözügedən yolda işıqlar söndürülür.

Paylaşımda qeyd edilib ki, yolun hansı səbəbdən qaranlığa qərq olduğunu aidiyyəti qurumların heç biri açıqlamaq istəmir. 

Həmin görüntüləri təqdim edirik:

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh