Qarsda “Qış təlimi-2021” birgə taktiki təlimləri başlayıb - VİDEO

Xəbərlər 1 Fevral 2021 21:16 Oxunub 1312
Qarsda “Qış təlimi-2021” birgə taktiki təlimləri başlayıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh