Qasım İsmayılov təkanla qaldırmada Avropa birinciliyinin bürünc mükafatçısı olub

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Avtosfer.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Komandamızdan körpücük üzərinə növbəti olaraq Qasım İsmayılov çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 101 kq nəticə ilə 6-cı yeri tutub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib və 132 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.
Toplam 233 kq (101+132) nəticə göstərən Qasım İsmayılov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.
Əlavə edək ki, atletlərin mükafatlandırma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının baş katibinin müavini Kamal Axundov da iştirak edib. O, təkanla qaldırma hərəkətində uğur qazanan idmançılara medalları təqdim edib.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











