Qatarı dayandıran inəyə görə səkkiz min manat CƏRİMƏ

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bir müddət əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edən ADY-yə məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.
Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8 089.83 manat məbləğində maddi ziyan dəyib.
Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.
Məhkəmə C.M.-dən 8 190.83 manat məbləğin tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










