Banner

Qatı duman İstanbul aeroportunda uçuşlara mane oldu

Xəbərlər 28 Fevral 2024 14:18
Qatı duman İstanbul aeroportunda uçuşlara mane oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün səhər İstanbulu bürüyən duman sərnişin axınının böyüklüyünə görə meqapolisin ikinci hava limanı olan Sabiha Gökçendə reyslərin gecikməsinə səbəb olub.

Avtosfer.az xəbər verir ki, bir sıra aviareyslərin qəbulu dayandırılıb.

Yanacaq çatışmazlığı riski ilə qarşılaşan bəzi laynerlər Beynəlxalq İstanbul Aeroportuna, eləcə də Ankaranın Esenboğa hava limanına yönləndirilib.

Bundan başqa, bütün reyslər üzrə uçuşlar təxirə salınıb.

Aeroportun fəaliyyəti yerli vaxtla saat 09.37-də bərpa edilib.

unikal

Oxunub 594
ŞƏRH YAZ
Ad

E-mail

Şərh