Qaxda narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb - VİDEO
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri – əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb.
Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











