Qaxda yanğın hadisəsi baş verib - VİDEO - FOTO

Xəbərlər 4 Aprel 2021 16:18 Oxunub 1288
Qaxda yanğın hadisəsi baş verib  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qax rayonunda yanğın hadisəsi olub.

Report-un məlumatına görə, hadisə Turaclı kəndində Vilayət Həsənova məxsus evə bitişik yardımçı tikilidə baş verib.

Hadisə zamanı ümumi sahəsi 50 kv/m olan tikilinin 30 kv/m-i içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yangın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh